Sabunçuda ev yandı
    • 9-11-2022, 14:33
    • 184

Sabunçuda ev yandı

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 90 m² olan kürsülü, birmərtəbəli evin dam örtüyü 40 m² sahədə və bitişik ümumi sahəsi 30 m² olan köməkçi tikilinin dam örtüyü 10 m² sahədə yanıb.

FHN-dən News24.az-a verilən məlumata görə, evin və köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.