Azərbaycanlı gəncin dizayn etdiyi avtomobil Los-Anceles-də təqdim edildi -FOTO
    • 16-11-2022, 10:30
    • 1 692

Azərbaycanlı gəncin dizayn etdiyi avtomobil Los-Anceles-də təqdim edildi -FOTO

Azərbaycanlı Samir Sadiqovun dizayn etdiyi "GenesisXconverti" avtomobili  Los-Anceles-də təqdim edilib.

News24.az xəbər verir ki, bu barədə aparıcı Tural Yusifov( DJ Tural) öz sosial şəbəkə hesabında paylaşım edib və bu sözləri yazıb:

"Sizə eksklüziv bir xəbəri çatdırım. Bu gün bir neçə saat bundan öncə həmyerlimiz Samir Sadıqovun dizayn etdiyi  "GenesisXconvertible" Los-Anceles-də təqdim edildi. Bu həqiqətən də böyük bir hadisədir. Əcnəbilər  avtomobili heyranlıqla seyr edir və Samirə öz təbriklərini çatdırırdılar. Bir azdan bu haqda kiçik vlogu paylaşacam. Həqiqətən avtomobil çox gözəl alınıb".