İlham Əliyev: "Bölgəmizin iqtisadi potensialını artırmaq üçün çox gözəl imkanlar var"
    • 18-11-2022, 11:47
    • 194

İlham Əliyev: "Bölgəmizin iqtisadi potensialını artırmaq üçün çox gözəl imkanlar var"

"Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan münasibətləri dinamik inkişaf edərək hazırda yeni məzmun kəsb etməkdədir. Hesab edirəm ki, bölgəmizin iqtisadi potensialını artırmaq üçün çox gözəl imkanlar vardır".

News24.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə ünvanladığı məktubda yer alıb.

"Əminəm ki, Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin daim genişləndirilməsi, xalqlarımızın rifahı, ölkələrimizin və regionumuzun çiçəklənməsi naminə əməkdaşlığımızın bütün sahələrdə dərinləşdirilməsi, strateji tərəfdaşlığımızın daha yüksək səviyyəyə qaldırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik", - məktubda qeyd olunub.