-
- 23-11-2022, 11:02
- 204
"Sahibkarlığı inkişaf etdirsək, məişət problemləri və qadın zorakılığı halları olmaz"
"Biz 10-15 il öncə qadın sahibkarları əl ilə axtarırdıq. Təşkilatlanmaq üçün onları bir araya gətirirdik, tədbirlər reallaşdırırdıq. Şükrlər olsun ki, bu gün vəziyyət dəyişib. Sahibkarlıq fəaliyyətinə başlamaq cəsarət və ürək tələb edir. Ölkəmizdə güclü sahibkarlıq sinfi formalaşır".
News24.az xəbər verir ki, bunu Qlobal Sahibkarlıq Həftəsinə həsr edilmiş "Üfüqdə Yeni Fürsətlər: Qadın Sahibkarlara Yaşıl İşıq" adlı V Forumda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova deyib.
O bildirib ki, ötən illərdə həyata keçirilmiş regional inkişaf proqramları işsizlik və yoxsulluğun həllinə ciddi töhfə verib: "Hazırda ölkədə 17 qadın resurs mərkəzi fəaliyyət göstərir. Əsasən, zəif, imkanı zəif olan qadınları güclü sahibkarlara çevirmək üçün bu mərkəzlərdə iş aparılır. 600-ə yaxın qadın həmin mərkəzlərdə sahibkarlara çevrilib. Sahibkarlığı inkişaf etdirsək, məişət problemləri və qadınlara qarşı olan zorakılıq halları olmaz".
Məhərrəm Əliyev