-
- 28-11-2022, 15:55
- 14 447
Azərbaycanda inanılmaz hadisə: Evinə oğurluğa girən şəxsi ölümcül hala saldı
Sumqayıt şəhər Corat qəsəbəsində yaşayan 1957-ci il təvəllüdlü Ədalət Səlimov evinə oğurluğa girmiş şəxsi bıçaqlayıb.
News24.az-ın məlumatına görə, 21 may 2021-ci il tarixdə saat 06:30 radələrində qəsəbədəki 512 nömrəli fərdi evin həyətində baş verib.
Belə ki, ev sahibi Ə.Səlimov Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbdə gözətçi işləyib.
O, hadisədən əvvəl səhər işdən evə qayıdanda həyətdə nəvəsinə məxsus velosipedin oğurlandığını görüb. Növbəti gün də eyni halla üzləşən şəxs nəvələrinin velosipedlərini oğurlayanları yaxalamaq qərarına gəlib.
O, məktəbə gedərək işdən 3 günlük icazə alıb və geri qayıdaraq həyət darvazsını çöldən qıfılla bağlayaraq evdə heç kimin olmaması görüntüsünü yaradıb. O, evdə gizlənərək oğruları gözləməyə başlayıb və səhər saat 6 radələrində yaşadığı evin həyətinə 2 nəfərin soxulduğunu görüb.
Həmin şəxslərdən birinin evə daxil olmasını gözləyən 65 yaşlı kişi onlardan Anar adlı oğlanı yaxalayıb, Məhəmməd adlı digər şəxs isə bıçaq xəsarətləri alıb. Bıçaqlanan şəxs həyətdən qaçaraq uzaqlaşıb. Ev sahibi isə mənzilə daxil olan Anarı tutaraq polisə xəbər verib və onu təslim edib.
Bıçaqlanan şəxs daha sonra tibbi xidmətə müraciət edib və hadisə barədə polisə məlumat verilib.
Evinə girən oğrunu bıçaqlayan Ədalət Səlimov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr tarixli hökmü ilə ona 3 il azadlığın məhdudlaşdırılması cəzası verilib.