Bakıda minlərlə sərnişin YOLLARDA QALDI - Nə baş verir? - AÇIQLAMA
    • 3-12-2022, 09:29
    • 7 829

Bakıda minlərlə sərnişin YOLLARDA QALDI - Nə baş verir? - AÇIQLAMA

“Xaliq Faiqoğlu” şirkətinə məxsus avtobuslarının ödəniş aparatlarında problem yaranıb.

News24.az-a şirkətdən verilən məlumata görə, problem gecə saatlarında “BakıKart” üzrə operator şirkət (K Group MMC) bütün avtobuslardakı ödəniş aparatlarına yeni proqram yüklədikdən sonra ortaya çıxıb.

“Səhər avtobuslarımızı xəttə verəndə məlum olub ki, proqramda problem var. Bütün xəttlər üzrə əksər avtobuslar işə çıxa bilməyib, hazırda minlərlə sərnişin yollarda qalıb. Bu problem ilk dəfə deyil ki, yaradılır və özəl daşıyıcı şirkətə böyük maddi ziyan vurur”.