"Azərpoçt"da qiymətlər artıb?- AÇIQLAMA
    • 9-12-2022, 13:46
    • 411

"Azərpoçt"da qiymətlər artıb?- AÇIQLAMA

""Azərpoçt"da heç bir tarif dəyişikliyindən söhbət getmir. Çəki dəyişdikcə qiymət bağlamanın çəkisinə uyğun dəyişir. Bu isə tarifin dəyişməsi deyil".

Bunu News24.az-a açıqlamasında "Azərpoçt"un ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Afaq İbrahimova deyib.

O bildirib ki, sonuncu tarif dəyişikliyi 2022-ci ilin yanvarında olub: " Keçən 10 il ərzində nə qədər qiymət artımı olub. Bunun fonunda da "Azərpoçt" qiymətləri dəyişməyib və zərərlə işləyən qurum olub. Yaxın zamanlarda da qiymət artımı gözlənilmir.

Qumral Əliyeva