XDMX-nin generalının ailəsində AĞIR İTKİ
    • 9-12-2022, 15:16
    • 358

XDMX-nin generalının ailəsində AĞIR İTKİ

Xüsusi Dövlət Mühafizə Xidmətinin generalı Elşən Zeynalovun ailəsinə ağır itki üz verib.

News24.az-ın məlumatına görə, generalın anası Valideə xanım vəfat edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin avqust ayında imzaladığı sərəncamı ilə polkovnik Elşən Əsgər oğlu Zeynalova general-mayor ali hərbi rütbəsi verilib.

Elşən Zeynalov 2011-ci ildə də Prezidentin sərəncamı ilə "Vətən uğrunda” medalı ilə təltif edilib.