Kəlbəcərdə minaya düşərək şəhid olan Zöhrab Hümbətov dəfn olunub
    • 15-12-2022, 18:43
    • 565

Kəlbəcərdə minaya düşərək şəhid olan Zöhrab Hümbətov dəfn olunub

Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olan gizir Zöhrab Hümbətov dəfn olunub.

News24.az xəbər verir ki, şəhidin cənazəsi Aşağı Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak ediblər.