Deputat:
    • 23-12-2022, 13:06
    • 152

Deputat: "Naxçıvanda qanunsuzluqların miqyası xeyli böyük olub"

"Azərbaycan öz demokratik və hüquqi dövlətçilik tarixinin tamamilə yeni bir mərhələsinə qədəm qoyub. Bu, idarəetmədəki yanlışlıqlara, korrupsiyaya, ümumiyyətlə, cəmiyyətimizdə mövcud olan bütün neqativ hallara qarşı qətiyyətli mübarizə mərhələsidir".

Bu fikirləri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat qeyd edib ki, Naxçıvanda baş verənləri də, aparılacaq yeni yoxlamaları da bu kontekstdə qiymətləndirmək lazımdır:

"Artıq Naxçıvanda uzun illər ərzində baş vermiş ciddi qanun pozuntuları ilə bağlı müvafiq dövlət qurumlarımız ictimaiyyətə xeyli məlumatlar veriblər. Aparılacaq yoxlamalar da, görüləcək tədbirlər də baş verənlərin hüquqi müstəvidə qiymətlədirilməsi olacaq. Görünür, qanunsuzluqların miqyası xeyli böyükdür. Azərbaycan cəmiyyəti haqlı olaraq şəffaflığın təmin olunması istiqamətində atılan belə qətiyyətli addımları dəstəkləyir. Bundan sonra hansı yeniliklərin olacağı ilə bağlı məsələyə gəldikdə isə idarəetmənin təkmilləşdirilməsindən tutmuş institusional və struktural dəyişiklərə qədər hər şey mümkündür. Bu sahədə müstəsna səlahiyyət Azərbaycan Prezidentinə aiddir. Şübhəsiz ki, ən optimal və ən doğru qərar qəbul ediləcək".

Aynurə