400 milyon "Twitter" istifadəçisinin məlumatları internetə sıza bilər
    • 26-12-2022, 16:00
    • 163

400 milyon "Twitter" istifadəçisinin məlumatları internetə sıza bilər

"Twitter2 ətrafında daha bir qalmaqal alovlanır.

News24.az xəbər verir ki, naməlum şəxslər 400 milyon istifadəçinin şəxsi məlumatlarını internetə sızdırmaqla hədələyirlər.

Bu, tarixdə ən böyük məlumat sızıntısı ola bilər. Həmçinin sosial şəbəkənin də sonu demək olacaq. 

Bütün bunların yalan olmadığının sübutu kimi anonim haker artıq bəzi məşhur istifadəçilər haqqında ətraflı məlumat yayıb.

Onların arasında ABŞ-ın keçmiş prezidenti Donald Trampın kiçik oğlu da var.

Haker “Twitter”in sahibi İlon Maska ultimatum da ünvanlayıb. Qeyd edilib ki, İ.Mask növbəti dəfə məlumatların mühafizəsi qaydalarını pozduğuna görə daha bir cərimə ilə üzləşmək istəmirsə, o zaman məlumat bazasını ona satmağa razı olmalıdır. /Ren Tv/

Teymur Məmmədov