“Gündəm  yaratmıram, vecimə deyil" - Azəri qızı Günel- VIDEO
    • 28-12-2022, 11:32
    • 456

“Gündəm yaratmıram, vecimə deyil" - Azəri qızı Günel- VIDEO

“Türkiyəli məşhurların Bakıya gəlməsinə qıcıq olmuram. Əvvəllər mən gündəm yaratmağın üzərində durmurdum.İndi isə yaradıcılıqla məşğul olduğum üçün bu haqda düşünürəm. Türkiyədəki müğənnilər isə gündəm yaratmağa çalışır”. 

Bu sözləri Azəri qızı Günel News24.az-ın suallarına cavab verərkən deyib. 
Müğənni qeyd edib ki, heç zaman sənət dostlarını qısqanmayıb:
“Qısqanmaq, kiməsə qıcıq olmaq lazım deyil. Hər kəs öz yolunda uğur qazanır. Mən heç zaman sənət yoldaşlarımı qısqanmamışam. Qısqanc biri deyiləm. Dünya malı dünyada qalır, özümü iş üçün öldürmək fikrim yoxdur. Hə zaman işimdən həzz alaraq çalışıram”. 


Könül İBRAHİM
Nicat NİFTƏLİYEV