Turan Məhərrəmov anıldı -FOTO/VİDEO
    • 29-12-2022, 15:17
    • 315

Turan Məhərrəmov anıldı -FOTO/VİDEO

Sentyabr döyüşlərində şəhidlik zirvəsinə ucalan Turan Məhərrəmov anım mərasimi keçirilib.

News24.az-ın məlumatına görə, anım mərasimində şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhidin hərbiçi yoldaşları iştirak edib. Mərasim iştirakçıları Vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

Daha sonra şəhidin ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar.

Xatırladaq ki, Turan Məhərrəmov 2020-ci ildə Vətən müharibəsində iştirak edib. O, 2022-ci il 13 sentyabr tarixində Azərbaycanla Ermənistan arasında baş verən sərhəd toqquşması zamanı düşmən mövqelərinə hücum edərkən şəhid olub. Zaqatala rayon Qımır kəndində dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin 05.11.2022-ci il tarixli sərəncamına əsasən Turan Məhərrəmov ölümündən sonra "Vətən uğrunda medalı" və "Rəşadət ordeni" ilə təltif olunub.

Qumral Əliyeva 
Nicat Niftəliyev