Braziliya Pele ilə vidalaşır- FOTO/VİDEO
    • 2-01-2023, 21:53
    • 194

Braziliya Pele ilə vidalaşır- FOTO/VİDEO

Braziliyanın Vila Belmiro stadionunda "futbo kralı" Pele ilə vida mərasimi keçirilir.

News24.az 82 yaşında hayatını itirən futbol əfsanəsi son mənzilə yola salınır. 

Ailə üzvləri, yaxınları, eləcə də FİFA prezidenti Canni İnfantino əfsanəvi futbolçuyla son dəfə vidalaşırlar. 

Əynində Braziliya millisinin və ya “Santos” klubunun forması olan azarkeşlər 14 saatdan çox vida üçün növbəyə dayanıblar.

Qeyd edək ki, Pele 82 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun vəfat etməsindən sonra Braziliya hökuməti ölkədə üç günlük milli matəm elan edib.