Zaqatalada üçotaqlı ev yandı
    • 4-01-2023, 18:38
    • 144

Zaqatalada üçotaqlı ev yandı

Zaqatala rayonunun Bəhmətli kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 20 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən News24.az -a məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.