Şuşa, Kəlbəcər və Laçında qarlı hava şəraiti davam edəcək
    • 8-01-2023, 11:06
    • 168

Şuşa, Kəlbəcər və Laçında qarlı hava şəraiti davam edəcək

Bu gün, yanvarın 8-də Şuşa, Kəlbəcər və Laçında qarın yağmasının davam edəcəyi, arabir duman olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev News24.az-a bildirib ki, hazırda şərq küləyi əsir, küləyin sürəti 3-8 m/s-dir.

Havanın temperaturu 3-6 dərəcə şaxta təşkil edəcək.