Peruda daha 14 etirazçı öldü
    • 10-01-2023, 10:33
    • 114

Peruda daha 14 etirazçı öldü

Peruda prezident Dina Boluartenin istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edən etirazçılardan daha 14 nəfər həyatını itirib.

News24.az xəbər verir ki, ölkənin Ombudsman Aparatı vəzifəsini icra edən Eliana Revollar Kanal N-ə bildirib ki, hadisə “Culiaca” hava limanı ətrafında təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş verən qarşıdurmada yaşanıb.

2022-ci il dekabrın 11-dən bu günə qədər hökumət əleyhinə etirazlarda ölənlərin sayı 43-ə yüksəlib.