TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışanların maaşı artırıldı
    • 11-01-2023, 20:44
    • 266

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışanların maaşı artırıldı

“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2023-cü il yanvarın 1-dən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin aylıq vəzifə (tarif) maaşları artırılıb.

Bu barədə  News24.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, əməkhaqqı artımı tibbi və qeyri-tibbi personalı əhatə edəcək.

Qeyd edək ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 97 215 işçi çalışır.