Ermənistanda naməlum şəxs polis bölməsinə qumbara atıb
    • 11-01-2023, 22:56
    • 245

Ermənistanda naməlum şəxs polis bölməsinə qumbara atıb

Ermənistanın Qeqarkunik rayonunda naməlum şəxs Vardenis rayon polis bölməsinə əldəqayırma qumbara atıb.

News24.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, partlayış zamanı xəsarət alan olmasa da, polis bölməsinin binasına ciddi ziyan dəyib.

Faktla bağlı hüquq-mühafizə orqanlarının rəhbərləri, məhkəmə-tibbi ekspertləri hadisə yerinə cəlb olunublar.

Kustar üsulla hazırlanmış qumbaranı kim tərəfindən, hansı şəraitdə atıldığını araşdıran operativ qrup yaradılıb.