Yaponiyanın keçmiş baş nazirini güllələyən şəxsə qarşı ittiham irəli sürüldü
    • 13-01-2023, 10:23
    • 171

Yaponiyanın keçmiş baş nazirini güllələyən şəxsə qarşı ittiham irəli sürüldü

2022-ci ilin yayında keçmiş baş nazir Şinzo Abeni güllələyərək öldürən Tetsuya Yamaqamiyə qarşı irəli sürülən ittiham bəlli olub.

News24.az xəbər verir ki, bu barədə ölkə prokurorluğu məlumat yayıb. 

Prokurorluq Tetsuya Yamaqamini qanunsuz silah saxlamaqda və qətldə ittiham edib.

Qeyd edək ki, yanvarın 10-da 42 yaşlı T. Yamaqami qapalı xəstəxanadan Nara Şəhər Polis Həbsxanasına köçürülüb.

İyul ayından bəri davam edən psixiatrik müayinə nəticəsində onun psixi vəziyyətinin qaydasında olduğu elan edilib.

Yamaqaminin cinayət işi yanvarın 7-də prokurorluğa verilib. //yomiuri.co.jp