Gəncədə iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb
    • 14-01-2023, 23:19
    • 226

Gəncədə iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb

Gəncə şəhərində beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

News24.az xəbər verir ki, şəhər ərazisində iki "VAZ" markalı  avtomobil toqquşub.

Qəza nəticəsində 1996-cı il təvəllüdlü Ruslan Məmmədov, 1996-cı il təvəllüdlü Kamran Qasımov, 1998-ci il təvəllüdlü Turac İmaməliyev, 1998-ci il təvəllüdlü Ruslan Həsənzadə və 1999-cu il təvəllüdlü İlqar Pənahov xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.