Nepalda dəhşətli təyyarə qəzasında çəkilən son video yayıldı
    • 16-01-2023, 12:56
    • 585

Nepalda dəhşətli təyyarə qəzasında çəkilən son video yayıldı

Xəbər verdiyimiz kimi, Fransa-İtaliya konserninin istehsalı olan ATR 72 turbovintli orta məsafəli təyyarə yanvarın 15-də Poxara beynəlxalq hava limanına enərkən qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə Nepalın Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Katmandu-Pokhara marşrutu ilə hərəkət edən təyyarədəki 68 sərnişin və 4 ekipaj üzvünün hamısı ölüb. 

Onların arasında 53 Nepal vətəndaşı, 15 əcnəbi, o cümlədən 4 rusiyalı olub.

Qəzadan sonra bir sərnişinin hadisədən əvvəl Feysbukda paylaşdığı canlı yayımın videosu yayılıb.

Görüntüləri təqdim edirik: