Eldar Quliyevin iş otağı yaradıcılıq otağına ÇEVRİLDİ
    • 18-01-2023, 11:58
    • 244

Eldar Quliyevin iş otağı yaradıcılıq otağına ÇEVRİLDİ

Artıq bir müddətdir ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında tanınmış kino xadimlərinin vaxtilə çalışdıqları iş otaqlarının yaradıcılıq otaqlarına çevrilməsi ilə bağlı təşəbbüs həyata keçirilir. 

News24.az xəbər verir ki, bu gün isə kinorejissor, Xalq artisti, Dövlət Mükafatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri laureatı Eldar Quliyevin iş otağı sənətkarın doğum günü münasibətilə geniş ictimaiyyətin ziyarət məkanına çevrilib.
 
Qeyd edək ki, Eldar Quliyev “Bir cənub şəhərində”, “Babək”, “Nizami”, “Gümüşgöl əfsanəsi”, “Nə gözəldir bu dünya...”, “Girov”, “Dərvişin qeydləri” kimi 20-dən çox filmə quruluş verib. 
 
Məlumat üçün nəzərinizə çatdıraq ki, kinostudiyada çalışmış kino xadimlərinin iş otaqlarının bərpa edilərək yaradıcılıq otaqlarına çevrilməsi və xatirələrinin yaşadılması ənənəsi çərçivəsində indiyə qədər Rasim Ocaqov, Hüseyn Seyidzadə, Tofiq Tağızadə, Həsən Seyidbəyli və digər sənətkarların vaxtilə çalışdıqları iş otaqları əşyaları ilə birlikdə mühafizə olunaraq yaradıcılıq otağına çevrilib.