Türkiyə MN 20 Yanvarla bağlı paylaşım edib: Azərbaycanın yanında olacağıq
    • 20-01-2023, 13:26
    • 190

Türkiyə MN 20 Yanvarla bağlı paylaşım edib: Azərbaycanın yanında olacağıq

Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib.

News24.az xəbər verir ki, paylaşımda deyilir:

“Unutmadıq, Unutmayacağıq! 20 Yanvar 1990-ci il tarixində qardaş Azərbaycanda yaşanan və Qara Yanvar olaraq bilinən qətliamda şəhid olan qardaşlarımızı rəhmətlə anırıq. “Tək millət, iki dövlət” olaraq Azərbaycan Türkü qardaşlarımızla bir və bərabər olmağa davam edəcəyik”.