Astarada ikimərtəbəli ev yandı
    • 20-01-2023, 14:20
    • 200

Astarada ikimərtəbəli ev yandı

Astara rayonunun Təngərüd kəndində ümumi sahəsi 220 m² (hər mərtəbəsi 110 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 110 m² sahədə yanıb.

News24.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.