"Twitter" "PayPal"a rəqib olacaq: İlon Maskdan növbəti həmlə
    • 1-02-2023, 10:30
    • 128

"Twitter" "PayPal"a rəqib olacaq: İlon Maskdan növbəti həmlə

Tvitterin gəlirlərini artırmaq üçün yeni yollar axtaran İlon Mask şirkəti ödəniş platformasına çevirmək istəyir.

News24.az "Financial Times"-a istinadən xəbər verir ki, Tvitter ABŞ-da sosial media platformasında ödənişləri həyata keçirmək üçün üçün lazım olan proqram təminatının layihələndirilməsinə başlayıb.

Məlumatda bildirilir ki, Ester Kroyford yeni xidmətin infrastrukturu üzərində işləyir.  

Tvitterin yeni ödəniş platforması ilkin olaraq adi valyutalar və ödəniş üsulları ilə işləyəcək. Şirkətin gələcəkdə kriptovalyutaları infrastruktura inteqrasiya etmək planları var. Platforma təkcə "PayPal" ilə deyil, həm də pul köçürmələrinə imkan yaradan "Apple Pay" ilə rəqabət aparacaq.