Avtomobil sahiblərinin DİQQƏTİNƏ
    • 1-02-2023, 18:14
    • 118

Avtomobil sahiblərinin DİQQƏTİNƏ

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

News24.az xəbər verir ki,bununla bağlı Prezident İlham Əliyev müvafiq sənəd imzalayıb.

Dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilərək uçota alınması tələbi nəzərdə tutulur.

Bu Qanun dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir.