Deputatdan həyəcan təbili: "Yoxsullaşmanın qarşısını almaq lazımdır"
    • 2-02-2023, 10:42
    • 307

Deputatdan həyəcan təbili: "Yoxsullaşmanın qarşısını almaq lazımdır"

"Qiymət artımında infilyasiya və gəlirlərin artırılması nəzərə alınmalıdır. Mövcud sosial vəziyyət nəzərə alınsa, onda gərək heç vaxt qiymətlər artırılmasın. Təəssüf ki, bizdə infilyasiya çox da ciddi nəzərə alınmır. Bunun vətəndaşa dəyə biləcək zərəri çox böyük olur. Birinci növbədə yoxsullaşmanın qarşısını almaq lazımdır. Bunun üçün də ciddi addımlar atılmalıdır. İnfilyasiya isə kifayət qədər yüksək səviyyədədir".

Bunu News24.az-a açıqlamasında metro və marşrut avtobuslarındakı qiymət artımı ilə bağlı danışan millət vəkili Fazil Mustafa deyib. 

Deputat bildirib ki, yoxsullaşmanın qarşısını almaq üçün işsizlik problemini həll etmək lazımdır: "Sahibkarların qarşısında yaranan maneələri aradan qaldıracaq addımlar atılmayıb. Bu istiqamətdəki hesabatlar ciddi deyil. Sahibkarlığın inkişafı istiqamətində çıxış yolları düşünülməlidir. Bu, olmadığı təqdirdə işsizlik problemini dövlət həll etməlidir. Ancaq dövlətin açdığı müəssisələrdə maaş o qədər də yüksək olmur və insanların maraqlarını təmin etmir. İşsizliyin qarşısını almaq üçün iqtisadiyyatda liberallaşma getməlidir. Bu məsələ həll olunmadığı təqdirdə 10 qəpik qiymət artımı belə vətəndaşın büdcəsinə ciddi təsir göstərəcək.

Ümid edək ki, gedişatda bu məsələlər üzərində də düşüncə olacaq".