Rusiyadan Moldovaya təhdid: NATO-nun istəklərini...
    • 3-02-2023, 12:21
    • 138

Rusiyadan Moldovaya təhdid: NATO-nun istəklərini...

"Moldovada qeyri-demokratik yollarla  hakimiyyətə gələn və eyni zamanda Rumıniya vətəndaşı olan prezident Maya Sandu NATO-nun istəklərini yerinə yetirməyə can atır". 

News24.az xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 24” telekanalına müsahibəsində deyib.

"Moldova prezidenti ölkəsinin yaxın gələcəkdə Rumıniya ilə birləşməyi planlaşdırdığını gizlətmir, biz bu siyasətə qarşıyıq", - deyə Lavrov bildirib.