Qazaxda evi yanan sakinin köməyinə sərhədçilər çatıb - FOTO
    • 3-02-2023, 19:52
    • 134

Qazaxda evi yanan sakinin köməyinə sərhədçilər çatıb - FOTO

Qazax rayon Ürkməzli kənd sakinlərindən birinə məxsus evdə yanğın hadisəsi baş verib.

News24.az -ın məlumatına görə, həmin vaxt sərhəd döyüş məntəqəsinə su aparan Qazax əlahiddə sərhəd diviziyasına məxsus su maşını yanğın baş verən ərazidən keçərkən sakinlər suyun həmin əraziyə cəlb edilməsini xahiş ediblər.

Sərhədçilərimiz biganə qalmayaraq yanğının söndürülməsi üçün suyu vaxtında çatdırıblar və sakinlərin köməyi ilə yanğın söndürülüb.