Bakının mərkəzində şok hadisə - Avtomobil mağazalara çırpıldı, ölən var
    • 7-02-2023, 11:20
    • 118

Bakının mərkəzində şok hadisə - Avtomobil mağazalara çırpıldı, ölən var

Bakının mərkəzində ağır qəza baş verib.

News24.az -ın əldə etdiyi məlumata görə, Sultanov Mikayıl İlqar oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobili Azadlıq prospekti 63 ünvanının kənarında yerləşən iaşə obyektlərinə çırpıb.

Nəticədə avtomobildə olan sərnişin Mehtiyev Asim Rasim oğlu aldığı xəsarətdən ölüb.

Faktla bağlı Nəsimi RPİ-nin istintaq şöbəsində CM-nin 263.2-ci  maddəsi ilə cinayət işi başlanıb.


Taleh BAĞIROV