Türkiyədə  zəlzələdən sonra dəniz səviyyəsi qalxdı: Küçələr su altında qaldı - FOTOLAR
    • 7-02-2023, 17:23
    • 250

Türkiyədə zəlzələdən sonra dəniz səviyyəsi qalxdı: Küçələr su altında qaldı - FOTOLAR

Türkiyənin Hatay şəhərinin İskenderun rayonunda zəlzələdən sonra dənizdə suyun səviyyəsi qalxıb.

News24.az xəbər verir ki, Nəticədə bəzi küçələr su altında qalıb.

Bəzi istiqamətlərdə sahildən içəriyə doğru təxminən 200 metrlik su gölməçələri əmələ gəlib.
Su avtomobillərin təkərləri səviyyəsinə çatıb və bölgədə nəqliyyat sıxlığı meydana gəlib. Sürücülər yolda hərəkət etməkdə çətinlik çəkməyə başlayıblar.

Qeyd edilib ki, dənizdən gələn su hələlik yalnız yollarda problemlər yaradıb, evlərə daxil olmayıb.