Türkiyədəki zəlzələ 500 atom bombasının yaratdığı təsirə malikdir
    • 11-02-2023, 13:47
    • 176

Türkiyədəki zəlzələ 500 atom bombasının yaratdığı təsirə malikdir

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) baş verən zəlzələ ilə bağlı açıqlama edib.

News24.az xəbər verir ki, hadisə ilə bağlı agentliyin zəlzələ riski və təsirlərinin azaldılması üzrə baş direktoru Orhan Tatar bir çox məqamlara toxunub.

AFAD rəsmisi 7,7 bal gücündə zəlzələnin üzə çıxardığı enerjinin 500 atom bombasının təsirinə və enerjisinə malik olduğunu vurğulayıb. /Haber Global/

Teymur MƏMMƏDOV