28 il həbsdə olan şəxsin hökmü ləğv olundu
    • 15-02-2023, 11:03
    • 123

28 il həbsdə olan şəxsin hökmü ləğv olundu

ABŞ-ın Missuri ştatında məhkəmə qətlə görə ömürlük həbs cəzasına məhkum edilən və 28 ildir həbsdə olan şəxsin hökmünü ləğv edib.

News24.az xəbər verir ki, hakim Devid Meyson verdiyi qərarla bağlı “təqsirsizliyin həqiqi sübutunun” tapılmasının vacibliyinə diqqət çəkib.

Qərarla 50 yaşlı Lamar Conson məhkəmə binasında mühakimə olunduqdan sonra sərbəst buraxılıb.

Conson hakimə və onun işində əməyi keçən hər kəsə təşəkkür edib.