Türkiyədəki zəlzələ son 100 ildə Avropada yaşanan ən dəhşətli təbii fəlakətdir - ÜST
    • 15-02-2023, 12:55
    • 108

Türkiyədəki zəlzələ son 100 ildə Avropada yaşanan ən dəhşətli təbii fəlakətdir - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Türkiyədə baş verən dağıdıcı zəlzələləri son 100 ildə Avropada yaşanan ən dəhşətli təbii fəlakət adlandırıb.

News24.az xəbər verir ki, təşkilatın Avropa üzrə regional direktoru Hans Kluge yeraltı təkanların miqyasının hələ də öyrənildiyini açıqlayıb. 

"Biz Avropa regionunda bir əsrdə ən böyük təbii fəlakətin şahidi oluruq. Biz hələ də onun miqyasını öyrənirik. Onun əsl dəyəri hələ məlum deyil" -deyə Kluge "Twitter" hesabında yazıb. 

Teymur MƏMMƏDOV