"Biz sübut etməliyik ki, Azərbaycanda da güclü alimlər və elm var" - İlham Rəhimov
    • 18-02-2023, 10:28
    • 1 608

"Biz sübut etməliyik ki, Azərbaycanda da güclü alimlər və elm var" - İlham Rəhimov

"Bir-iki ay öncə Moskvada yoldaşlarla birgə qərara gəldik ki, bu tədbiri Bakı şəhərində keçirək. Təşəbbüsü də açığı, elə özüm verdim. Bu tədbirin Bakıda keçirilməsində əsas məqsəd odur ki, xaricdən gələn 9 ölkədən 30-dan çox nümayəndəyə  izah edək ki, müstəqil Azərbaycanda belə tədbirləri yüksək səviyyədə keçirmək mümkündür. Biz sübut etməliyik ki, Azərbaycanda da güclü alimlər və elm var".

News24.az-ın məlumatına görə, bunu  “Dövlət, cəmiyyət, cinayətkarlıq” mövzusunda keçirilən konfransda hüquq elmləri doktoru, professor İlham Rəhimov deyib.

Məhərrəm Əliyev