Gəncədə 79 yaşlı kişi hamamda yıxılaraq ölüb
    • 21-02-2023, 09:36
    • 248

Gəncədə 79 yaşlı kişi hamamda yıxılaraq ölüb

Gəncədə bədbəxt hadisə baş verib.

News24.az-ın məlumatına görə şəhər sakini, 1944-cü il təvəllüdlü Vəli Ələkbərov yaşadığı evin hamamında çimən zaman, ehtiyatsızlıqdan yıxılıb.

Yaşlı kişi bədənin çoxsaylı sınığı xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq aldığı xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.