2-ci sinif şagirdinin layihəsi dağıntılar altında qalan insanları xilas edəcək
    • 22-02-2023, 10:45
    • 1 702

2-ci sinif şagirdinin layihəsi dağıntılar altında qalan insanları xilas edəcək

Hatayın İskenderun bölgəsində yaşayan 2-ci sinif şagirdi Fatih Civelek zəlzələdə dağıntılar altında qalan insanlar üçün qolbağ dizayn edib.

News24.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, layihə "GPS Fatihi bileklik" adlanır. Layihə müəllifi bu qolbağı dağıntılar altında qalan və zəlzələdə itənlər üçün hazırlayıb.

“Mən bu qolbağı dağıntılar altında qalanlar üçün dizayn etdim. Hər tərəfdən silikonla örtüldüyü üçün su və digər xarici amillərdən təsirlənməyəcək. Dağıntı altında qalan insanlar yalnız iki dəfə basdıqda ailələrinə siqnal göndərəcəklər”.

Fatih Civelek dizaynını tamamladığı layihə ilə TEKNOFEST müsabiqəsinə qatılacağını da bildirib. 

Qumral Əliyeva