"Paşinyanın dilindən müxtəlif fantastik ifadələr səsləndi" - Fikrət Sadıqov
    • 22-02-2023, 11:57
    • 255

"Paşinyanın dilindən müxtəlif fantastik ifadələr səsləndi" - Fikrət Sadıqov

"Ermənistana qanad verən əsasən xarici dəstəkdir". 

Bu fikirləri News24.az-a açıqlamasında sabiq diplomat, politoloq Fikrət Sadıqov ordumuzun mövqelərinin atəşə tutulmasını şərh edərkən deyib. Onun sözlərinə görə, xüsusilə Fransanın dəstəyi Ermənistanı bu addımları atmağa vadar edir:

"Fransanın qeyri-obyektiv mövqeyi, həmçinin bura Avropa İttifaqının müşahidəçilərinin göndərilməsi, onların içərisində jandarmların, polis nəfərlərinin olması və s. bax bütün bu amillər görünür Ermənistanı müəyyən dərəcədə ruhlandırır. Digər tərəfdən, başqa bir amil də ondan ibarətdir ki, Münhen Konfransında müxtəlif panellərdə Paşinyan yenə biabır oldu. Faktiki olaraq yenə yerinə düşən ifadələr səsləndirmədi və onun dilindən müxtəlif fantastik ifadələr səsləndi. Bu da görünür müəyyən dərəcədə bunun bəlkə də hərbi müstəvidə kompensasiyasıdır. Amma onlar heç vaxt yaddan çıxarmamalıdırlar ki, Azərbaycan da kifayət qədər güclü bir oyunçuya çevrilib. Və Azərbaycanın güclü müttəfiqləri, partnyorları var. Bu müttəfiqlər həmişə Azərbaycanın yanındadır. Azərbaycan həm özü, həm də mütəffiqlərlə birlikdə öz ərazilərini müdafiə etməyə həmişə hazırdır".

Aynurə FATEH