-
- 23-02-2023, 11:36
- 388
Yer kürəsi dörd deyil, beş qatdan ibarət imiş - Yeni daxili nüvə tapıldı
Yer kürəsinin məşhur inancın əksinə olaraq dörd deyil, beş qatdan ibarət olduğu qənaətinə gələn yeni araşdırma dərc olunub.
News24.az xəbər verir ki, “Nature Communications” jurnalında dərc olunan araşdırmada alimlər Yer kürəsində 1600 kilometr dərinlikdə 644 kilometr diametrli metal nüvənin mövcudluğunu və bu nüvənin dəmir-nikel qarışığından ibarət olduğu arqumentinin daha da ağırlaşdığını bildiriblər.
Seysmik dalğaların təbəqələrdən necə əks olunduğunu müşahidə edən tədqiqatçılar belə qənaətə gəliblər ki, Yer kürəsi məşhur inancın əksinə olaraq dörd deyil, beş qatdan ibarətdir. Su qatının içərisində yer qabığı (Litosfer), maqma təbəqəsi (Pirosfer), nüvə qatının (Barisfer) içərisində bərk və metaldan ibarət gizli daxili nüvə yerləşir.
"Bu araşdırmada biz ilk dəfə olaraq güclü zəlzələlərdən yaranan seysmik dalğaların beş dəfəyə qədər yerin bir tərəfindən digər tərəfinə irəli-geri sıçradığı müşahidələrini bildiririk" - deyə Avstraliya Milli Universitetinin Yer Elmləri Tədqiqat Məktəbində tədqiqatın müəlliflərindən biri olan seysmoloq Thanh-Son Phạm bildirib.
Bu nəzəriyyənin təsdiqi geoalimlərə planetin necə əmələ gəldiyini, onun maqnit sahəsinin necə inkişaf etdiyini və inkişafda davam edəcəyini daha yaxşı anlamağa kömək edə bilər.
Bu təbəqənin indiyədək aşkar edilməməsini Pham onun yuxarı təbəqəyə çox bənzəməsi ilə əlaqələndirib.
Seysmoloq əlavə edib ki, nüvənin qabığında metal olduğunu düşündükləri çoxlu miqdarda dəmir-nikel ərintisi var.
Tədqiqatçılar həmçinin istifadə etdikləri vibrasiya dalğalarının yeni nüvənin 'anizotrop' bir quruluşa sahib olduğunu göstəridiyin bildiriblər.
Alimlər bu quruluş sayəsində seysmik dalğaların müxtəlif istiqamətlərdə necə sürətlə yayıldığını müşahidə ediblər.
Həmçinin ən daxili nüvənin bu dalğaların sürətini yuxarıdakı təbəqədən fərqli olaraq dəyişdirdiyini görüblər.
Bu sürət fərqi yeni təbəqənin aşkarlanmasına imkan verib. /Euronews Türkçe/
Teymur MƏMMƏDOV