Muxtar Qasımlının anasından təsirli paylaşım
    • 23-02-2023, 19:17
    • 198

Muxtar Qasımlının anasından təsirli paylaşım

Şəhid Muxtar Qasımlının anası onunla bağlı təsirli paylaşım edib. 

News24.az həmin paylaşımı təqdim edir: 

“Muxtarım, gözümün nuru oğlum. 23.02.1993 tarixində dünyaya göz açdın. Gəlişinlə bütün ailənin sevinci oldun... Varlığınla, əməllərinlə hər zaman mənə qürur verdin. 27 il... çox az yaşadın, amma şərəfinlə yaşadın. Cavan canını vətənə qurban verərək ən uca zirvəyə - şəhidlik zirvəsinə ucaldın.! Sənin kimi qəhrəman oğulun anası olduğum üçün fəxr edirem.! Yaraşıqlı canina, uca boyuna, her zaman gülen gözlerine anan qurban olsun,Muxtarım... Mənim cənnət mələyim, ad günün mübarek, ruhun şad olsun”.