Karaman valisi Etibar Mirzəyevlə görüşüb - FOTO
    • 23-02-2023, 19:35
    • 134

Karaman valisi Etibar Mirzəyevlə görüşüb - FOTO

Karaman valisi Tuncay Akkoyun zəlzələ bölgəsində, Kahramanmaraş şəhərində Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə görüşüb.

News24.az "Report"a istinadla xəbər verir ki, görüşdə vali Kahramanmaraşın Türkoğlu rayonunda görülən işlər barədə ətraflı məlumat verib.

T.Akkoyun göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.

Daha sonra çıxış edən E.Mirzəyev bildirib ki, sona qədər qardaş ölkənin yanında olacaqlarını bildirib:

"Həmişə olduğu kimi, yenə də Türkiyəyə dəstək olacağıq. Keçmiş olsun. Allah bir daha bu acı günləri Türkiyəyə yaşatmasın".