Hamiləlik səbəbindən hər 2 dəqiqədə 1 qadın ölür
    • 24-02-2023, 10:42
    • 110

Hamiləlik səbəbindən hər 2 dəqiqədə 1 qadın ölür

Dünyada hər iki dəqiqədən bir qadın doğuş zamanı həyatını itirir.

News24.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qadınlarla bağlı dərc etdiyi yeni araşdırmasının nəticələrində qeyd edilib. 

Hesabata görə, son 5 ildə demək olar ki, bütün ölkələrdə hamilə və ya ana olan zaman dünyasını dəyişən qadınların sayı artıb. Bəzi ölkələrdə isə rəqəmlər eyni səviyyədə qalıb.

ÜST hesabatının müəllifi qeyd edib ki, 2020-ci ildə dünyada 287.000 qadın ana olmaq səbəblərindən ölür.  Bu, gündə təxminən 800 ölümə və ya hər 2 dəqiqədə bir ölümə bərabərdir. 

Məlumatlar 2000-2015-ci illər arasında ana ölümlərinin azaldığını göstərir. Ekspertlərin fikrincə, bu vəziyyət səhiyyə xidmətlərinə çıxışda bərabərsizliyi ortaya qoyur. Alimlər bunu ana sağlamlığı baxımından geriləmə hesab edirlər. 

Hesabat dünya regionları arasında böyük fərqləri ortaya qoyub. Ana ölümü əsasən dünyanın ən aşağı gəlirli ölkələrində və münaqişələrdən ən çox təsirlənən bölgələrində cəmləşib. /NTV Türkiyə/

Teymur MƏMMƏDOV