Rusiya səfirliyinin qarşısını Ukrayna bayrağının rənglərinə boyadılar -FOTOLAR
    • 24-02-2023, 15:56
    • 132

Rusiya səfirliyinin qarşısını Ukrayna bayrağının rənglərinə boyadılar -FOTOLAR

Bir qrup aktivist Rusiyanın Londondakı səfirliyinin qarşısındakı yolu Ukrayna bayraqlarının rənginə boyayıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, aksiya “Led By Donkeys” adlandırılan qrupun fəalları tərəfindən Ukraynadakı müharibənin ildönümü ilə əlaqədar təşkil edilib. 

Məlumata görə, aktivistlər səfirliyin qarşısındakı yolda avtomobillərin hərəkətini dayandıraraq yola sarı və mavi rəngdə 340 litr boya töküblər. Bununla da, 500 kvadrat metr ərazini əhatə edən Ukrayna bayrağı yaradılıb. 

London polisi yolda hərəkətə maneə yaratmaq və zərər yetirməklə bağlı 4 nəfəri saxlayıb. 

Aktivistlər isə öz növbəsində istifadə etdikləri boyanın ekoloji cəhətdən təmiz olduğunu, yollarda istifadə üçün nəzərdə tutulduğunu, tez quruduğunu və yumaq mümkün olduğunu bildiriblər.

Qumral Əliyeva