Bağdadinin qalıqları DƏNİZƏ ATILACAQ
    • 28-10-2019, 10:01
    • 702

Bağdadinin qalıqları DƏNİZƏ ATILACAQ

İslam Dövləti terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin qalıqları dənizə atıla bilər.

News24.az xəbər verir ki, bu barədə CNN məlumat verib. Bundan əvvəl, NBC-yə verdiyi müsahibədə oxşar fikiri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert O Brayeb tərəfindən də səsləndirilmişdi.

Əl-Bağdadinin qalıqlarının əl-Qaidə qrupunun lideri Üsamə bin Ladenin cəsədi ilə eyni taleyi yaşayacağı vurğulanıb.

Qeyd edək ki, ABŞ hakimiyyətinin 11 sentyabr 2001-ci ildə Nyu York və Vaşinqtondakı hücumların əsas təşkilatçısı hesab etdiyi terrorçu, 2 may 2011-ci ildə Pakistanın Abbotabaddakı evində ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində məhv edilib. Onun cəsədi Ərəb dənizinə atılıb..