13 yaşlı İsmayıl koronavirusdan öldü
    • 1-04-2020, 02:00
    • 873

13 yaşlı İsmayıl koronavirusdan öldü

İngiltərədə 13 yaşlı İsmayıl Mohamed Abdulvahab adlı oğlan koronavirusdan ölüb.

News24.az xəbər verir ki, bir müddət əvvəl nəfəs almaqda çətinlik çəkən yeniyetmə "Kings College" xəstəxanasına yerləşdirilib. İsmayıl burada süni nəfəs aparatına qoşulsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Xəstəxana İsmayılın Covid-19-dan öldüyünü təsdiqləyib.

Qeyd edək ki, İngiltərədə 1 801 nəfər koronavirusdan dünyasını dəyişib.