ABŞ niyə Türkiyəni seçdi?

ABŞ niyə Türkiyəni seçdi? Dünya

Son zamanlar Türkiyə ilə ABŞ arasında getdikcə daha da sürətlənən danışıqlar gedir. Bu prosesin daşıyıcı sütunu isə müdafiə sənayesi məhsullarıdır. İlk növbədə F-16 modernizasiyası, yeni döyüş təyyarələri və ya F-35 mövzusu ağla gəlsə də, arxa planda iki ölkə çox fərqli mövzularda sürətlə irəliləyir.

News24.az xəbər verir ki, uzun müddətdir eyni zəmində görüşə bilməyən Ankara-Vaşinqton xəttində mahiyyətcə bəzi addımlar “etimad yaradan addımlar” hesab olunur. ABŞ-ın Ankaradakı səfiri Jeff Flake bunu açıqlamayana qədər heç kim bilmirdi ki, Türkiyədən bir şirkət Texasda istehsal olunacaq 155 mm-lik haubitsa sursatları üçün üç yeni xətt qurub.

Sözügedən açıqlamadan sonra ən çox maraq doğuran mövzulardan biri də ABŞ-ın bu xətt üçün Ankaranın qapısını niyə döyməsi olub. Bu sualın cavabına gələcəyik, amma öncədən Vaşinqtonun niyə belə bir xətt qurması məsələsini həll etmək lazımdır.

Günel Məlikzadə