Blinken Cənubi Koreyaya səfər edəcək

Blinken Cənubi Koreyaya səfər edəcək Dünya

Koreya Respublikası və ABŞ dövlət katibi Entoni Blinkenin mart ayında üçüncü Demokratiya Sammiti üçün Seula mümkün səfərini müzakirə edirlər.

News24.az xəbər bverir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, səfərlə bağlı yekun qərar hələ verilməyib.

Agentliyə açıqlama verən mənbələrin sözlərinə görə, səfərlə bağlı yekun qərar hələ verilməyib, lakin çox güman ki, bu səfər baş tutacaq. Agentliyin həmsöhbətləri hesab edirlər ki, A.Blinken Cənubi Koreyaya səfər edərsə, ABŞ Prezidenti Cozef Bayden tədbirə böyük ehtimalla onlayn olaraq qatılacaq.

Xatırladaq ki, bu il Demokratiya Sammitinin təşkilatçısı Koreya Respublikasıdır. Tədbirin keçiriləcəyi tarix hələ açıqlanmayıb.

ABŞ dövlət katibi ən son 2023-cü ilin noyabrında Seula səfər edib.

Mehriban Mirzəzadə