BMT-dən Ukrayna barədə - DƏHŞƏTLİ HESABAT
Dünya
“2022-ci ilin fevralından Ukraynada həlak olan dinc sakinlərin sayı 10 min 200 nəfərə çatıb”.
News24.az xəbər verir ki, bu barədə məlumat BMT-nin hesabatında dərc olunub.
Sənəddə vurğulanıb ki, 2023-cü ilin dekabrından Rusiya ordusunun hücumları daha da şiddətlənib. Nəticədə 125 nəfər dinc sakin öldürülüb, 550 nəfər isə yaralanıb.
Sənədin ukraynalı miqrantlarla bağlı hissəsində indiki dövrədək 6 milyon 300 min nəfərə yaxın ukraynalının digər ölkələrə köç etdiyi açıqlanıb.
Bildirilib ki, onların 5 milyon 900 min nəfərə yaxını yaşamaq üçün Avropanı seçib. Hazırda 3,7 milyon nəfər isə Ukrayna daxilində məcburi köçkün vəziyyətində yaşayır.
Hesabatda eyni zamanda rəqəmlərin reallığı şəkildə əks etdirmədiyi də qeyd olunub.
BMT-nın Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin direktoru Edem Vosornu açıqladığı hesabatda digər məqamlara da toxunub.
O, Təhlükəsizlik Şurasının iclasında bildirib ki, müharibə nəticəsində 19 min 300 nəfər mülki vətəndaş yaralanıb.
Rusiya tərəfinin aviazərbələri nəticəsində çox sayda yaşayış binası, məktəb və xəstəxana dağıdılıb, enerji və digər kommunal infrastruktur şəbəkəsi sıradan çıxarılıb.
Fərid Azəri