Deputat oğurluqda ittiham edildi - FOTO

Deputat oğurluqda ittiham edildi - FOTO Dünya

Yeni Zelandiyanın Nümayəndələr Palatasının Yaşıllar Partiyasından olan iranlı üzvü, insan haqları üzrə vəkil Qolriz Qəhrəman Oklend şəhərində mağazadan oğurluq etməkdə ittiham olunur.

News24.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Onun bu səbəbdən vəzifəsindən istefa verdiyi bildirilib.

Məlumata görə, iranlı deputat qiyməti 7000 dollara qədər olan lüks brendlərin satışı ilə məşhur olan dəbdəbəli “Scotties Boutique” mağazasından oğurluq etməkdə günahlandırılıb. 

Qeyd olunub ki, Qolriz Qəhrəman barəsində irəli sürülən ittihamlardan sonra bildirib ki, bu məsələ həll olunana qədər bütün vəzifələrinin icrasını dayandırıb.

Nəzrin


Deputat oğurluqda ittiham edildi - FOTO